"Daşnaksütyun"undan pul alan azərbaycanlılar - Razi Nurullayev kimləri nəzərdə tutur?

Hazırda oxunan: "Daşnaksütyun"undan pul alan azərbaycanlılar - Razi Nurullayev kimləri nəzərdə tutur?

12887

"Birbaşa, açıq şəkildə onlarla (Daşnaksütyunla) risk alaraq əməkdaşlığa gedən insanların Azərbaycanda olması düşüncəsində deyiləm. Çünki bu çox təhlükəlidir və onlar bilirlər ki, bu bağışlanılmaz bir xəyanətdir".

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Razi Nurullayev səsləndirdi. Deputat əlavə etdi ki, dünyanın müxtəlif ölkələrində bu cür insanların olduğu məlumdur:

 

MÖVZU İLƏ BAĞLI:

“Daşnakstyün”un sifarişi ilə hazırlanan “Azərbaycan tarixi” kitabı – FOTOFAKT


"O insanların da çoxu Azərbaycandan çıxıb gedənlərdir. Onlar separatçılardır. Bəziləri indiki hakimiyyətə özünü müxalif sayan və sanki hazırki hökumətdən qisas alırmış kimi ermənilərə yaxınlıq edərək Azərbaycan hakimiyyətini qıcıqlandırmaq istəyənlərdir.

Bir də müxtəlif separat rejimlərdə yer almış, başqa ölkələrin diqtəsilə Azərbaycanda separatizm dalğaları, millətlərarası münaqişələrə nail olmağa çalışan nümayəndələr var".

Millət vəkili bildirdi ki, hətta onların Ermənistana səfərləri olur, onlar müxtəlif ölkələrdə ermənilərlə əməkdaşlıq edirlər.

"Bu cür tiplər var və onlar əsasən xarici ölkələrdə axtarılmalıdır", deyən millət vəkili xaricdən özünü müxalif kimi göstərən "daşnak" əlaqəlilərlə Azərbaycanda sıx əməkdaşlıq edənlər haqqında da danışdı.

"Məsələ burasındadır ki, o cür kütbeyin, savadsız insanları bir çoxu ermənilərin toruna düşür. Bəlkə də bilir, amma biruzə vermir. Bəlkə də heç bilmir ki, ona ayrılan maliyyə haradan gəlir.

Çünki onlar hakimiyyəti hədəf alır, burdakı məmurlara tuşlanır və Azərbaycandakı sistemə hədəflənirlər. Bu da ermənilərə sərf edir ki, Azərbaycanda siyasi stabillik pozulsun, qarşıdurma yaransın, savaşda qazanılan zəfərin üzərinə kölgə düşsün. Onlar istəyir ki, Azərbaycan xalqı bir-birinin üzərinə getsin və vətəndaş müharibəsi olsun".

Razi Nurullayevin fikrincə, erməni diasporu belə insanları ayırd edir və müəyyən adamların (erməni olmayan) əli ilə onlara pul göndərirlər. Reallıqda isə həmin pul Ermənistan və erməni diasporundan ayrılır.

Pulu qəbul edənlər yaxşı bilir ki, kimsə nəyisə havayı yerə vermir. Pulsuz pendir ancaq siçan tələsində olur. O baxımdan bu da xəyanətə bərabərdir."

Millət vəkili ermənilərin ayırdığı pulları götürən bir qism insan haqqında bu fikirdədir ki,

"Üzdə özünü demokrat, vətənpərvər göstərirsənsə təbii ki, xalq buna inanmaz. Həmin adamlar Azərbaycan xalqının düşmənidir. Onlar Azərbaycan xalqına xəyanət edir. Biz onları öz millətimizin nümayəndəsi kimi qəbul edə bilmərik.

Kimsə erməninin pulu ilə fəaliyyət göstərirsə, daşnaklardan maliyyələşirsə,  artıq bu, erməninin tərəfdaşıdır, onların partnyoru, erməninin dostudur", - deyə Razi Nurullayev fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO