Xaricdə təhsil almış daha 30 nəfərin diplomu tanınmadı

Xaricdə təhsil almış daha 30 nəfərin diplomu tanınmadı

Hazırda oxunan: Xaricdə təhsil almış daha 30 nəfərin diplomu tanınmadı

128868

Mart ayı üzrə 516 müraciətçinin 486-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 30 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məlumatında bildirilir.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, təhsil forması səbəbi ilə 2, akkreditasiyasız ali təhsil müəssisəsi üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 219, Rusiya Federasiyasından 110, Türkiyə Respublikasından 95, Belarus Respublikasından 25, Gürcüstandan 19, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 74, maliyyə üzrə 67, menecment üzrə 39, hüquqşünaslıq üzrə 35, bizensin idarə edilməsi üzrə 31 müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 14 iş günü təşkil edib.

Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO