Məhkum birgə həbsdə olduğu şəxsi azad etmək vədi ilə DƏLƏDUZLUQ ETDİ

Məhkum birgə həbsdə olduğu şəxsi azad etmək vədi ilə DƏLƏDUZLUQ ETDİ

Hazırda oxunan: Məhkum birgə həbsdə olduğu şəxsi azad etmək vədi ilə DƏLƏDUZLUQ ETDİ

128867

Həbs qətimkan tədbirinin ləğvinə kömək etmək adı ilə vətəndaşın pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı Mirafiq Bəşirovun 2022-ci ilin mart ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında onunla birgə saxlanılan şəxsin yaxınlarına yüksək vəzifədə işləyən tanışları vasitəsilə onun həbsdən azad edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməsinə, bu yolla da  həmin şəxsləri rüşvət verməyə təhrik etməklə 23.000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

 Mirafiq Bəşirova Cinayət Məcəlləsinin 32.4, 312.1 və (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO