Evsiz, küçədə qalan şəxslər bu mərkəzə müraciət edə bilər – TELEFON BURADA 

Evsiz, küçədə qalan şəxslər bu mərkəzə müraciət edə bilər – TELEFON BURADA 

Hazırda oxunan: Evsiz, küçədə qalan şəxslər bu mərkəzə müraciət edə bilər – TELEFON BURADA 

12885

Bakıda hökm sürət sərt hava şəraiti ilə bağlı Sosial Xidmətlər Agentliyinin Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi əhalinin təcili köməyə ehtiyacı olan həssas hissəsinə diqqəti artırıb.

Müəssisə 7/24 saat fəaliyyət göstərir. Bunsuz da ilin istənilən fəslində sahibsiz və küçədə qalmış şəxslər sığnacağa müraciət edə bilərlər.

 

MÖVZU İLƏ BAĞLI:

Bu gecə Bakıda - 9 dərəcə şaxta olacaq


Bu barədə Bizim.Media-ya məlumatı Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov söyləyib.

Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi Bakıda Zabrat qəsəbəsində yerləşir:

“Bu mərkəz bütün günlərdə fəaliyyət göstərir. Elə indi də açıqdır. Və hazırda orada qalan şəxslər də var. Xüsusi bir hal olmadan fəaliyyətimiz davam edir. Hazırki hava şəraiti ilə əlaqədar küçədə qalan şəxslər sığnacağımıza müraciət edə bilərlər.

Sığınacağımızda 18 yaşına qədər olanlar üçün ayrıca bir  şöbə fəaliyyət göstərir. Eyni zamanda  böyüklər üçündə şöbəmiz mövcuddur. Pandemiya dövrü ilə bağlı olaraq karantin şöbəmiz də fəaliyyət göstərir. Vətəndaş 14 gündən sonra digər şöbələrə yönləndirilir. Bilirsiniz ki, illər əvvəl mobil sığınacaqlar var idi.

İndi bu sığınacaqlar böyük müəssisə ilə əvəz olunub. Müraciət edən vətəndaşlar 6 ay müddətində burada yaşaya bilərlər. Yaşadıqları müddətdə bütün zəruri ehtiyaclar qarşılanır.

Sığınacağa gəlmək istəyən şəxlər (012 ) 550-39-08 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Və yaxud yaşıdıqların rayonun İcra hakimiyyətinə,  rayon polisinə müraciət edib, sığnacağa üz tutsunlar”- deyə mətbuat sözçüsü bildirib.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO