Bəraət alan şəxslə bağlı protest verildi - Həbs edildi

Bəraət alan şəxslə bağlı protest verildi - Həbs edildi

Hazırda oxunan: Bəraət alan şəxslə bağlı protest verildi - Həbs edildi

128838

Füzulidə narkotik maddələrin satışı və gənclər arasında təbliği ilə məşğul olan şəxs həbs edilib.

Bizim.Media xəbər verir ki, bir müddət əvvəl Rüstəmov Mircəfər Mircavan oğlu barəsində Füzuli Rayon Polis Şöbəsində cinayət işi başlanıb. 

Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (narkotik əldə etmə, hazırlama, satma) istintaq aparılıb.

Füzuli Rayon Məhkəməsi tərəfindən ona bəraət hökmü verilib. Dövlət ittihamçısı Şirvan Apellyasiya Məhkəməsinə hökmdən protest verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Mircəfər Rüstəmov barəsində cinayət işi üzrə bəraət hökmündən verilmiş protest Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib: 

“Birinci instansiya məhkəməsinin bəraət hökmü ləğv edilib və şəxs 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə məhkəmə zalından həbs olunub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO