Ağır qəzalarla bağlı piyadalara XƏBƏRDARLIQ

Ağır qəzalarla bağlı piyadalara XƏBƏRDARLIQ

Hazırda oxunan: Ağır qəzalarla bağlı piyadalara XƏBƏRDARLIQ

128819

Bakı şəhər Dövlət Yol Polis idarəsinin rəsmisi polis mayoru Araz Əsgərli sürücülərə və piyadalara müraciət edib.

Bizim.Media xəbər verir ki, A.Əsgərli bildirib ki, yaz mövsümü ilə əlaqədar paytaxt yollarında istər piyada qismində, istərsə də velosiped, skuter və bu kimi digər nəqliyyat vasitələri hərəkətlilik əsaslı şəkildə hiss olunmaqdadır:

"Bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir. İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarır.

Baş vermiş yol-nəqliyyat hadisələrinin səbəblərinə gəldikdə isə müxtəlif lakin eyni məzmun və xarakterli hallarla rastlaşırıq.

Əsas səbəb isə bir çox hallarda yol hərəkəti qaydalarının pozulması və ya bəzi insanların bu həyati əhəmiyyətli qaydaları ciddiyə almamasından irəli gəlir.

Sürücülər, Siz yolda müəyyən olunmuş sürət həddini görüb ona əhəmiyyət vermirsizsə, öz yolu ilə hərəkətdə olan nəqliyyat axınında digər sürücülərə hörmətsizlik edərək nümayişkəranə şəkildə qarşı hərəkət zolağına çıxır ziq-zaq var formada ötmə, manevr etməklə və yaxud yolayrıcını keçmə qaydalarını bilərəkdən və kobud şəkildə pozub, ara məsafəsi saxlamayıb, etdiyiniz qanunsuz hərəkətlərin nəticəsinə görə cavabdehlik daşıdığınızı unudursunuzsa bu sadəcə məsuliyyətsizlikdir. Sonu isə heçdə hər zaman inzibati məsuliyyətlə bitmir".
O vurğulayıb ki, sükan arxasına əyləşən hər bir sürücü yoldakı vəziyyətə görə nə qədər təcrübəli olduğunu özü daha yaxşı bilir:

"Buna görə də təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalı, daima yol hərəkəti qaydalarına dair biliklərini və sürücülük vərdişlərini təkmilləşdirməlidir ki sonradan bilmədim, görmədim, tələsirdim kimi bəhanələrin reallığın dəyişmədiyini bilsin!

Piyadaların da diqqətinə bir daha çatdırırıq ki, küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməyin. Çalışın ki yolunuzu son mənzilə yox, mənzil başında Sizi gözləyən doğmalarınızın yanına salasınız!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO