“Hacı Şahinin müəmmalı ölümü Fazil Mustafaya qarşı terrorla vahid zəncirdə birləşir” – Zahid Oruc   

“Hacı Şahinin müəmmalı ölümü Fazil Mustafaya qarşı terrorla vahid zəncirdə birləşir” – Zahid Oruc   

Hazırda oxunan: “Hacı Şahinin müəmmalı ölümü Fazil Mustafaya qarşı terrorla vahid zəncirdə birləşir” – Zahid Oruc   

128818

“Dəyərli millət adamı Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclis də hüquqi-siyasi qiymət verir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafaya qarşı terror aktı parlamentin GÜNDƏMİNDƏ


“Martın 2-si Hacı Şahinin müəmmalı ölümü, martın 4-ü hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir.

Terrorun silahı nə olursa-olsun, tapança, avtomat, yoxsa, bomba, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir", - deyə deputat əlavə edib. 

Zahid Orucun terror aktının Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıdığını vurğulayıb: 

"Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin islama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisidir. Əslində terrorçuların dini və milli mənsubiyyəti yoxdur, onların hədəfi  təkcə dövlət, xalq və fərdlər deyil, həm də müqəddəs kitablardır. Son aktı törədənlər Danimarka və Niderlandda Quran kitabını yandıranlardan fərqlənmirlər. 
 Orucluq ayında iftardan çıxan inanclı bir adama qarşı terror aktı törədənlər Zori Balayanla,  Yaxın Şərqdə din bayrağı altında edamlar həyata keçirən İŞİD-la eyni səngərdədirlər.

Ona görə də silahlı dindarları, islam tarixində yüksək mərtəbə tutan İmam Hüseyn adına terror təşkilatı yaradanları həqiqi inanclı adamlar, bütün konfessiyaların təmsilçiləri pisləmədilər, terroru hamı lənətləməlidir.

İranın casus şəbəkəsi ifşa edilir, lakin Azərbaycan dövləti 100-lərlə vətəndaşımızı müxtəlif yollarla öz caynağına alan qüvvələrin şərindən qorumaq üçün qazandığı Qələbəni, əldə etdiyi hərbi strateji yüksəlkilkləri daha da möhkəmləndirəcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO