Xanımları eybəcər hala salan “kosmetoloq”lar niyə CƏZALANDIRILMIR? – Plastik cərrahdan ETİRAZ   

Xanımları eybəcər hala salan “kosmetoloq”lar niyə CƏZALANDIRILMIR? – Plastik cərrahdan ETİRAZ   

Hazırda oxunan: Xanımları eybəcər hala salan “kosmetoloq”lar niyə CƏZALANDIRILMIR? – Plastik cərrahdan ETİRAZ   

128714

Müasir cəmiyyətimizdə heç bir tibbi savadı olmayan “kosmetoloq”ların botoks, dərinin kontur plastikası, mezoterapiya, plazmaterapiya kimi tibbi prosedurları həyata keçirmələri dəb halını alıb. Tibb təhsili olmayan xanımların bu prosedurları ev şəraitində və ya kiçik kosmetoloji mərkəzlərdə təhlükəli metodlarla icra etmələri isə bir başqa problemdir.  

Faciə odur ki, Azərbaycanda 3 aylıq kurs keçən və ya sertifikat alanların estetik mərkəzlərdə, yaxud evlərdə həkim-kosmetoloq kimi çalışmasına nəzarət mexanizmi yoxdur.

Hansı ki, ağırlaşmalar olduqda onların vaxtında və fəsadsız aradan qaldırılması üçün tədbir görülsün. 

Qeyd edək ki, mediada çox sayda sifət şəkilləndimə zamanı eybəcər vəziyyətə düşən xanımların şikayətlərinə rast gəlinir. Bu halla qarşılaşan xanımların nə hüquqları qorunur, nə də onları ömürlük “şikəst” edən “kosmetoloqlar” cəzalandırılır. 

Plastik cərrah Elşən Nəsibov Bizim.Media-ya bildirib ki, tibbi savadı olmayanların üz şəkilləndirmələrdə hansısa prosedurlara müdaxiləsi cinayətdir:
 

MÖVZU İLƏ BAĞLI:

Dərini cavan saxlamağın unikal yolları


“Bu gün nəinki ev şəraitində, bir çox kosmetoloji mərkəzlərdə müxtəlif prosedurlar edirlər. Tibbi savadı olmayanların ineksiyalar, buxaq və qarın nahiyyəsində liposaksiyalar, üzdə olan plastika və dodaq şəkilləndirmə, süni gellərin vurulması və ya çıxarılması, yerli keyitmə altında mini üzgərmə və s kimi prosedurları etməsi cinayətdir. Cərrahi müdaxilə edilməsinə icazə olmayan yerlərdə bunları edənləri heç kim cəzalandırmır. 3 ay kurs keçib, adını kosmetoloq qoymuş insanlar nə pasiyentlərinin ağırlaşmalarını, nə də baş verə biləcək fəsadları dərk edə bilirlər. Bu, həddindən artıq məsuliyyətli işdir.

Adi bir ineksiyanın özü təhlükəli prosedurdur. Xəstənin hansısa bir dərmana allergiyası ola bilər ki, bu da anafilaktik şok yarada bilər. Bunu aradan qaldırmayanda, ani ölümlərə gətirib çıxara bilər. Sadəcə belə “kosmetoloq”lara və o şəraitdə cərrahi əməliyyatlara məruz qalan xəstələrə yazığım gəlir.

Elşən Nəsibovun sözlərinə görə kosmetoloqlar əksər prosedurları qanla edirlər ki, bu, da orqanizm üçün olduqca həssas bir prosesdir:

“Məsələn, plazma üçün damardan qan alınır, sonra o, hansısa formada təmizlənir və üzə vurulur. Həkimlərin bu məsələdə vahid mövqeyi var: qanla işləyən kosmetoloq hepatit əleyhinə məhluldan da istifadə etməlidir. Halbuki təcrübəsiz kosmetoloqların belə bir maddədən ümumən xəbərləri yoxdur. Spirtləmə, qaynatma təhlükəli viruslara təsir göstərmir. Tam dezinfeksiya üçün xüsusi aparatlardan istifadə olunmalıdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO