Şəmkirdə 23 yaşlı oğlan bıçaqlanıb.
Bizim.Media "qafqazinfo.az"a istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü, Şəmkir sakini O.T tanışı, 2000-ci il təvəllüdlü N.Bədəlova bıçaqla bir neçə dəfə vuraraq bədən xəsarətləri yetirib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl 15 yaşlı O.T və həmkəndlisi N.Bədəlov TikTok-da canlı yayıma qoşulublar. Canlı yayım zamanı onların arasında mübahisə baş verib və bir-birini söyüblər. Daha sonra hər iki şəxs məhəllədə görüşüblər və 15 yaşlı oğlan tanışını bıçaqlayıb.
Faktla bağlı Şəmkir Rayon Polis şöbəsində araşdırmalar davam etdirilir.
Bizim.Media