Respublikanın avtomobil yollarında gərginlikdir - XƏBƏRDARLIQ

Respublikanın avtomobil yollarında gərginlikdir - XƏBƏRDARLIQ

Hazırda oxunan: Respublikanın avtomobil yollarında gərginlikdir - XƏBƏRDARLIQ

12870

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədinə hazırda qar yağır, Quba rayonu ərazisində 15 sm qar var, şaxta 8-10 dərəcə təşkil edir. 

Bu Barədə Bizim.Media-ya Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli  məlumat verib.

 

MÖVZU İLƏ BAĞLI:

Bəzi ərazilərdə avtobuslar hərəkət sxemi üzrə getmir - FOTO


Bildirib ki, Xınalıq kəndi ərazisində 4-5 sm qar yağmış, 15-17 dərəcə şaxta var:  

“Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir”.

Bundan başqa o söylədi ki,   Giləzi - Xızı, Bakı – Qobustan, Qobustan - Şamaxı – Muğanlı, Muğanlı - Ağsu – Yevlax,   Bakı - Ələt – Hacıqabul  istiqamətlərində  güclü qar yağır və güclü külək müşahidə olunur: 

“Ümumulikdə yağan qarın  hündürlü  yol kənarında 10-30 sm araslnda dəyişir.

Sözü gedən yollardan  nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir”.

A. Nəcəfli  vurğuladı ki, Hacıqabul – Ucar – Yevlax Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi, Muğanlı – İsmayıllı, İsmayıllı-Qəbələ - Oğuz- Şəki, Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi,  Gəncə-Daşkəsən – Xoşbulaq,   Şəmkir - Gədəbəy Ələt – Astara – İran İslam Respublikası  ilə dövlət sərhədi, Masallı – Yardımlı Lənkəran – Lerik , Hacıqabul – Bəhramtəpə – Horadiz avtobil yollarına isə zəyif qar yağıb. Qarın hündürlüyü  ümumilikdə 5-15 sms arasında dəyişir.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO