Daxili su hövzələrində balıq ovu qadağan edildi

Daxili su hövzələrində balıq ovu qadağan edildi

Hazırda oxunan: Daxili su hövzələrində balıq ovu qadağan edildi

128685

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında  1 aprel 2023-cü il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev yayıb.

Onun sözlərinə görə, sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qadağa sentyabrın 1-dək davam edəcək.
Xidmət rəisinin sözlərinə görə, sənaye balıq ovuna qoyulan moratorium meliorativ kollektorlara şamil edilmir.

F.Əliyev moratoriumun davam etdiyi müddətdə sənaye balıq ovu ilə məşğul olan hər kəsi qaydalara əməl etməyə çağırıb:

“İdman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün balıqovlama biletinin alınması tələb olunmur, onlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər”.
Xidmət rəisi onu da qeyd edib ki, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO