Ramazanın ilk 10 günlüyündə Kəbəni ziyarət edənlərin SAYI 

Ramazanın ilk 10 günlüyündə Kəbəni ziyarət edənlərin SAYI 

Hazırda oxunan: Ramazanın ilk 10 günlüyündə Kəbəni ziyarət edənlərin SAYI 

128673

Səudiyyə Ərəbistanı Ramazan ayının ilk 10 günündə 9 milyondan çox müsəlmanın Kəbəni ziyarət edərək namaz qıldığını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Haremeyn İşləri Rəhbərliyi sosial media hesabında açıqlama verib. 

Açıqlamada qeyd olunub ki, 9 milyon 357 min 853 müsəlman Ramazan ayının ilk 10 günündə Məscidül-Həramda Ümrə edib, namaz qılıb. 

Məscidi Nəbəvi Rəyasət Heyətindən verilən açıqlamada da Ramazan ayının ilk on günündə 10,3 milyon müsəlmanın Məscid-i Nəbəvini ziyarət etdiyi və namaz qıldığı bildirilib. 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi martın 26-da verdiyi açıqlamada, "daha çox insanın ibadət etməsinə imkan yaratmaq üçün" hər kəsin Ramazan ayında yalnız bir dəfə Ümrə ziyarəti edə biləcəyini açıqlamışdı. 

Aygün İbrahimli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO