Şimalda son hava durumu - Qrızda 20 sm QAR

Şimalda son hava durumu - Qrızda 20 sm QAR

Hazırda oxunan: Şimalda son hava durumu - Qrızda 20 sm QAR

128630

Şimal bögəsində bu gündən yaz havası özünü göstərir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, üç gündür davam edən yağıntılı havanı bu gün günəşli hava əvəz edib. 

Artıq qar yağışı dayanıb. Bütün yaşayış məntəqələrində baharın nəfəsi yağan qarı əritsə də, Qubanın Qrız kəndində bu gün 20 sm qar qeydə alınıb. 
Quba Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, artıq Qrız kəndində bu gün səhər +1,8 dərəcə qeydə alınıb.

Bununla belə, təbiətin yenidən qarla sürpriz edəcəyi istisna olunmur.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO