Bakıda hava iqlim normasından 2.2° aşağı olub

Bakıda hava iqlim normasından 2.2° aşağı olub

Hazırda oxunan: Bakıda hava iqlim normasından 2.2° aşağı olub

128612

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yağıntılar aprelin 02-si gündüz qərb rayonlarından başlayaraq kəsilib, 03-də isə səhərədək şərq rayonlarında davam edib, dağlıq rayonlarda qar yağıb.

Bu barədə Bizim.Media-ya Xidmətdən məlumat verilib.

Qar örtüyünün hündürlüyü Qrızda 20 sm, Lerikdə 4 sm olub.

Son sutka ərzində düşən yağıntının miqdarı Göygöl, Sabirabad, Qrızda 4.0 mm, Şahdağ, Xaltanda 3.0 mm, Yardımlı, Lerik, Qobustan, Ağsu, Balakən, Zaqatala, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Şabran, Göyçay, Kürdəmir, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Göytəpədə 2.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 15.0 mm (aylıq normanın 61 %-i), Binədə 14.0 mm (aylıq normanın 61 %-i), Pirallahıda 6.0 mm, Neft Daşlarında 3.0 mm, Bakıda 2.0 mm, Çilov adası, Ələtdə 1.0 mm-dək olub.

Qərb küləyi arabir Şahdağ, Daşkəsəndə 20 m/s, Qrız, Altıağacda 16 m/s, Göygöldə 15 m/s-dək güclənib.

Naftalan, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Biləsuvar, Bərdə, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-800 metrədək məhdudlaşıb.
Aprelin 2-də Bakıda iqlim normasından 2.2° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 0-5° isti, dağlıq rayonlarda 6°-dək şaxta, aran rayonlarında 4-7°isti olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO