Ötən gündən başlayaraq Qəbələnin bir neçə yaşayış məntəqəsinə “mavi yanacaq”ın verilməsində fasilə yaranıb.
Bu barədə Bizim.Media-ya yerli sakinlər məlumat verib.
Sakinlərin müraciəti əsasında məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi Şimal-Qərb regional idarəsinə sorğu ünvanladıq.
Qurumdan bildirildi ki, ötən gün yaranan qəza ilə bağlı əməkdaşlar hadisə yerindədir və sürətli iş aparılır. Qarşıdakı saatlarda Vəndam qəsəbəsi, Nohurqışlaq, Tüntül və Yengicə kəndlərinə qazın verilməsi bərpa olunacaq.
Qeyd edək ki, ötən gün rayonda yol kənarında aparılan tikinti-qazma işləri zamanı adıçəkilən kəndlərə gedən qaz xəttində qəza baş vermiş və dərhal mavi yanacağın verilməsi dayandırılmışdı.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:41 / 03.04.2023
Qəbələnin 4 kəndinə qaz niyə verilmir? - SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Qəbələnin 4 kəndinə qaz niyə verilmir? - SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Qəbələnin 4 kəndinə qaz niyə verilmir? - SƏBƏBİ AÇIQLANDI
128611
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.