Polis Biləsuvarda əməliyyat keçirdi - TUTULANLAR VAR - VİDEO

Polis Biləsuvarda əməliyyat keçirdi - TUTULANLAR VAR - VİDEO

Hazırda oxunan: Polis Biləsuvarda əməliyyat keçirdi - TUTULANLAR VAR - VİDEO

128591

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə İranda yaşayan narkotacir vasitəsilə əldə etdiyi külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitələri paytaxt ərazisinə gətirmək istəyən və qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.  

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupu yayıb.

Belə ki, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı Bakı şəhər sakin Elvin Süleymanov Biləsuvar rayonu ərazisində saxlanılıb. 

Ona məxsus idman çantasından 18 kiloqram, o cümlədən 5 kiloqram heroin, 4 kiloqram metamfetamin, 6 kiloqram tiryək, 2 kiloqram marixuana və 1 kiloqram həşiş qətranı aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələri satmaq məqsədi ilə Bakı şəhərinə apardığı müəyyən edilib. 
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər  əməliyyat tədbiri zamanı qanunsuz olaraq narkotik vasitə və odlu silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Asif Mayılov saxlanılıb. 

Ondan narkotik vasitə olan heroin, 1 ədəd “AK-74” markalı avtomat, 2 ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb. 

Qeyd edək ki, şöbə əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 19 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
 


Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO