Salyanda yanğında 5 yaşlı uşaq öldü - Qardaşının vəziyyəti AĞIRDIR

Salyanda yanğında 5 yaşlı uşaq öldü - Qardaşının vəziyyəti AĞIRDIR

Hazırda oxunan: Salyanda yanğında 5 yaşlı uşaq öldü - Qardaşının vəziyyəti AĞIRDIR

128586

Salyanda yanğın zamanı yanıq xəsarətləri alan iki qardaşdan biri ölüb.

Bizim.Media-nın cənub  bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Həsənli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, İsmayılov Amilə məxsus fərdi yaşayış evi anidən alovlanıb. Hadisə yerinə FHN-in Salyan Yanğından Mühafizə hissəsinin  canlı qüvvəsi və texnikası  cəlb olunub. 

Yanğın zamanı 2018-ci il təvəllüdlü İsmayılov Nihad Amil oğlu ağır yanıq xəsarətləri ilə hadisə yerində ölüb. 

Qardaşı 2013-cü il təvəllüdlü İsmayılov İsmayıl Amil oğlu isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan İ. İsmayılov Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.
 

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO