Bakıda 20 yaşlı qız yenidən itkin düşdü - FOTO

Bakıda 20 yaşlı qız yenidən itkin düşdü - FOTO

Hazırda oxunan: Bakıda 20 yaşlı qız yenidən itkin düşdü - FOTO

128527

Xəzər rayonunun Binə qəsəbəsində yaşayan N.İsmayılov rayon polis idarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 2003-cü il təvəllüdlü qızı Əfsanənin yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmaması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, itkin düşən şəxsin boyu 160 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları qaradır.

Əfsanə İsmayılova barəsində məlumatı olan şəxslərin Xəzər Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050 257-55-55, 012 590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Əfsanə İsmayılova bir neçə ay əvvəl də evdən çıxaraq naməlum istiqamətdə getmiş və itkin düşmüşdü.

Həmin vaxt 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən axtarışlar nəticəsində onun yeri müəyyən edilmiş və  tapılaraq ailəsinə təhvil verilmişdi.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO