Su ilə maye qəbulu fərqlidir - Professor Ramazanda suyun vacibliyindən danışdı

Su ilə maye qəbulu fərqlidir - Professor Ramazanda suyun vacibliyindən danışdı

Hazırda oxunan: Su ilə maye qəbulu fərqlidir - Professor Ramazanda suyun vacibliyindən danışdı

128412

Mütəxəssislər Ramazan ayında çay və qəhvə kimi içkilərin, yağlı, duzlu və həddindən artıq şəkərli qidaların susuzluğu artıracağı ilə bağlı xəbərdarlıq edirlər.

Bizim.Media Türkiyənin Ondokuz May Universiteti (OMÜ) Sağlamlıq Elmləri Fakültəsi Qidalanma və Dietologiya Bölməsi başçısı Prof. Dr. Pınar Sökülmez Kayanın Ramazanda su içilməsinin vacibliyi ilə bağlı açıqlamasını təqdim edir. 

O bildirib ki, bu ayda orqanizmin su və maye tarazlığının qorunub saxlanması vacibdir: 

“Çox zaman insanlar su və maye ehtiyacını qarışıq salırlar. Çay, kompot, ayran kimi içkilər orqanizmin su deyil, maye ehtiyacını qarşılayır. Suyun yeri başqadır. Sağlam bir yetkin insanın gündə 2 min - 2 min 500 kalori enerji alması lazımdır. Ona görə də 2 - 2,5 litr suya ehtiyacı var. İdmançı və ya aktiv insanlar gündə 3 min - 4 min kalori sərf edirsə, bu fərdin suya olan ehtiyacı daha yüksəkdir”.

Professor bildirib ki, gündə bir fincandan çox qəhvə içməmək faydalıdır. 

O bildirib ki, çay və qəhvə bədəndən maye xaric olmasına səbəb olduğu üçün gündəlik su ehtiyacını daha da artırır: 

“Çay və qəhvə su ifrazını artıracağından insan gün ərzində özünü daha çox susuz, yorğun, halsız hiss edəcək. İmsakda yumurta, pendir, pomidor, omlet kimi yüngül qidalar qəbul edilməlidir. Bədən, hüceyrələr arasındakı tarazlığı bərpa etmək üçün daha çox su istəyəcək. İmsakda içdiyimiz su da gün ərzində qeyri-kafi ola bilər. Mümkün qədər az duz istehlak etməyə çalışacağıq. Ağır desertlər yerinə meyvənin öz şəkərindən hazırlanan kompotlara üstünlük verəcəyik. Maye ehtiyacımızı ödəmək üçün ayran istehlak etmək faydalı ola bilər”.

İftarın su ilə başlana biləcəyini, ancaq yeməkdən əvvəl çox su qəbulunun mədədə şişkinlik və doyum hissi əmələ gətirə biləcəyini ifadə edən Kaya bildirib ki, əgər artıq çəki probleminiz yoxdursa, suyu iftar yeməyindən əvvəl deyil, yeməkdən sonra içmək yaxşıdır: 

“Orucumuzu su və sulu yeməklə açdıqdan sonra bir az gözləyək. Bütün günü ac qalan orqanizm özünə gəlsin. Sonra zeytun yağı ilə hazırlanmış az yağlı tərəvəz yemək məsləhətdir. Bol tərəvəz və meyvələrdən istifadə etməliyik. Ət, toyuq və balıq məhsulları, paxlalılar da iftar süfrəsində faydalıdır. Yeməyimizi yedikdən sonra az-az su qəbul etmək daha faydalıdır”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO