Soyqırımı həqiqətləri Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb – FOTO 

Soyqırımı həqiqətləri Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb – FOTO 

Hazırda oxunan: Soyqırımı həqiqətləri Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb – FOTO 

128398

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “31 Mart - Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, konfrans iştirakçıları Heydər Əliyevin abidəsini, Quba Soyqırımı Memorial Kompleksi və Quba Şəhidlər xiyabanını ziyarət ediblər.

Filialın direktoru, fizika elmləri doktoru Yusif Alıyev bildirib ki, 1918-ci ilin mart hadisələri Bakı Soveti və erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın kimi tarixə düşüb. Soyqırımı hadisələri Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə baş verib.

1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

Azərbaycanlılara qarşı soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb.

Konfransda tarix elmlər doktoru Güllü Yoloğlu, akademik Sabir Tağıyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Televiziya və Radio Akademiyasının rektoru Telli Pənahqızı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmlər doktoru Xuraman Hümbətova, telejurnalist Mübariz Süleymanlı, qazi Qədir Quliyev çıxış ediblər. Bildirilib ki, Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarında yaşanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO