Bu rayonda mədəniyyət müəssisələrinə baxış keçirildi - FOTO 

Bu rayonda mədəniyyət müəssisələrinə baxış keçirildi - FOTO 

Hazırda oxunan: Bu rayonda mədəniyyət müəssisələrinə baxış keçirildi - FOTO 

128320

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 31-də Biləsuvar rayonunda vətəndaşlarla görüşdən sonra rayonda fəaliyyət göstərən bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib. 

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Adil Kərimli Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi, Dövlət Rəsm Qalereyası, Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Bayrağı Muzeyinin fəaliyyəti ilə tanış olub.

Müəssisələrə baxış zamanı fəaliyyətin günün tələbələri səviyyəsində qurulması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib. 

Sonra rayonun Bəydili kəndi ərazisindəki ölkə əhəmiyyətli abidə - Yedditəpə kurqanlarına (qəbir abidələr) da baxış keçirilib. Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq, Biləsuvar rayonu ərazisindəki abidələr, o cümlədən adıçəkilən kurqanlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidən qeydiyyata alınıb və mühafizəsi təşkil olunub. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO