Qubada 31 mart-Azərbaycanlıların Soyqırımı günü ilə bağlı "Soyqırımı Memorial Kompleksi"ni 15 000 nəfərə yaxın insan ziyarət edib.
Bu barədə kompleksdən Bizim.Media-ya məlumat verilib.
Məlumata görə, gün ərzində respublikanın müxtəlif bölgələrindən gəlmiş insanlar soyqırım qurbanlarının xatirəsinə salınmış abidəni ziyarət edib və soyqırım muzeyinə baxış keçiriblər.
Havanın qarlı və soyuq olmasına baxmayaraq, ziyarətçilər 1918-ci ildə ermənilərin Quba qəzasında törətdiyi dəhşətli qırğının qurbanlarının xatirəsini ehtiramla anmağı özlərinə borc biliblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.