Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) idarə heyətinin növəti geniş iclası azərbaycanlılara qarşı 31 Mart soyqırımının 105-ci ildönümünə həsr olunub.
Bizim.Media xəbər verir ki, anım tədbirində giriş nitqi söyləyən ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 1918-ci ildə erməni daşnaklarının bolşeviklərlə birgə xalqımızın başına gətirdikləri müsibətlərdən, Bakı, Quba, Gəncə, Şuşa, Şamaxı, Naxçıvan, Lənkəran və digər qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklərdən, kütləvi qırğınlardan danışıb.
Tariximizin qanlı səhifəsini zaman-zaman araşdıran alimlərin, incəsənət xadimlərinin əməyindən və bu istiqamətdə yaddaqalan xüsusi addım atan, bəlli hadisəyə hüquqi qiymət verib 105 il əvvəl 30 mart-3 aprel aralığında minlərlə adamın məhvi ilə nəticələnən faciənin qurbanlarının xatirəsəni uca tutaraq 26 mart 1998-ci ildə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayan görkəmli dövlət xadimi Heydər Əliyevin rolundan ayrıca söhbət açıb.
Bu qanlı tarixi unutmamağımız üçün hamımımızın bacardığımız işi görməyimizin, təbliğat məsələlərinin vacibliyinə, bəstəkarlarımızın da vətəndaş yanğısı və yaradıcı münasibətinin bəhrəsi olan neçə-neçə əsərlərin ərsəyə gəldiyinə toxunan natiq radio-televiziyada, sosial mediada belə yaradıcı nümunələrin nümayişinə az yer ayrılmasından, dünyaya həqiqətləri tam dolğunluğu ilə çatdıra bilməmiyimizdən təəssüfləndiyini deyib.
Azərbaycan Bəstəkarlar İttifaqının katibləri, əməkdar incəsənət xadimləri Zemfira Qafarova və Cəlal Abbasov da çıxış edərək soyqırıma ölkə başçısının diqqətindən və hadisənin 100 illiyi tamam olarkən imzaladığı Sərəncamın əhəmiyyətini - yeni elmi araşdırmalara, fakt və sənədlərin aşkara çıxarılmasına təkan verdiyi kimi, sənət adamlarını irihəcmli musiqili səhnə əsərləri yaratmağa ruhlandıracağına da inandıqlarını dilə gətiriblər.
Sonda tədbir iştirakçıları Firəngiz Əlizadənin şair Nigar Rəfibəylinin sözlərinə bəstələdiyi, fleyta və royalda soprano üçün “Üç akvarel” vokal silsiləsini və bəstəkar Rüfət Ramazanovun simli orkestr üçün yazdığı “Təəssürat” kompozisiyasını dinləyərək fikirlərini bölüşüblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:22 / 31.03.2023
Bəstəkarlar soyqırım qurbanlarını yad etdilər
Hazırda oxunan: Bəstəkarlar soyqırım qurbanlarını yad etdilər
Hazırda oxunan: Bəstəkarlar soyqırım qurbanlarını yad etdilər
128288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.