Baş Prokurorluğun nümayəndəsi Avropa Şurasının iclasında iştirak edib

Baş Prokurorluğun nümayəndəsi Avropa Şurasının iclasında iştirak edib

Hazırda oxunan: Baş Prokurorluğun nümayəndəsi Avropa Şurasının iclasında iştirak edib

128282

Martın 30-31-də Strasburqda Avropa Şurasının Nifrət cinayətləri üzrə ekspert komitəsinin 3-cü iclası keçirilib. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Tədbirdə ölkəmizi təmsil edən Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov prokurorluq orqanlarında aparılan islahatlar çərçivəsində nifrət zəminində baş verən cinayətlərə, həmçinin məişət zorakılığı, qadınlara, azyaşlılara və cinsi azlıqlara qarşı şiddət və zorakılıqla mübarizə sahəsində görülən qanunvericilik və praktiki tədbirlər haqda danışıb. 
Müzakirələr nəticəsində Komitə tərəfindən Şuranın Nazirlər Komitəsinə nifrət cinayətlərinə qarşı mübarizəyə dair tövsiyə və təlimat layihəsi hazırlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO