Oğuzda 1082 abunəçi yüksəksürətli internetə QOŞULDU - FOTO

Oğuzda 1082 abunəçi yüksəksürətli internetə QOŞULDU - FOTO

Hazırda oxunan: Oğuzda 1082 abunəçi yüksəksürətli internetə QOŞULDU - FOTO

128268

“Aztelekom” Oğuz rayonunda 2046 ev təsərrüfatına GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Aztelekom” un bögələrdə həyata keçirdiyi yeni layihə çərçivəsində sakinlər yüksək sürətli internetlə təmin olunur.

Hazırda 1082 abunəçi müvafiq xidmətlərdən yararlanır. Bu gün sakinlərdən bir qrupu yüksəksürətli internetlə təmin edilib. Prosesi əməkdaşlarımız da izləyib. 
Yeni texnologiyaların tətbiqi sayəsində Oğuz sakinləri də bu imkandan yararlanır. 

Rayon sakini Bəsti Atakişiyeva mənzilinə çəkilən internetdən faydalanaraq Bakıda yaşayan oğluna zəng edir və rahatlıqla danışır.

İndiyə kimi ailə üzvləri əlavə xərc çəkib meqabayt alırdısa bundan sonra belə izafi xərclərə ehtiyac qalmayacaq.

“Aztelekom” un şimal-qərb bölgəsindəki nümayəndəsi Həsən Ömərovun sözlərinə görə,  Oğuz şəhəri ərazisində GPON şəbəkəsinin tikintisi tamamlanıb. Eyni zamanda, Oğuz rayonunun Calut və Bayan kəndlərində şəbəkənin tikintisinə başlanılıb. Görülən işlər nəticəsində xidmət şəbəkəsinin genişlənməsi ilə yanaşı, göstərilən xidmətlərin keyfiyyəti də artıb.

Bununla yanaşı Şimal-Qərb bölgəsinin, Zaqatala, Balakən, Şəki və Qax rayon mərkəzlərində eyni zamanda Oğuzun kəndlərində də işlər davam etdirilir.

Artıq bölgə üzrə 6 min vətəndaş GPON texnologiyasının xidmətlərindən istifadə edir.  

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər üzrə xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq, 18 AZN-dən 54 AZN-dək dəyişir. 

“Aztelekom” un mətbuat katibi Alidə Mustafayeva bildirib ki, bu gün Oğuz rayonunda 2 046 evi təsərrüfatını GPON texnologiyası ilə genişzolaqlı xidmətlər və yüksəksürətli intermetlə əhatə edib və 1082 abunəçi hazırda xidmətlərdən istifadə edir.
Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrinin də yüksəksürətli internetlə təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO