BİZİM TƏQVİM: Aprel döyüşlərindən 7 il keçir

BİZİM TƏQVİM: Aprel döyüşlərindən 7 il keçir

Hazırda oxunan: BİZİM TƏQVİM: Aprel döyüşlərindən 7 il keçir

128247

Düz 7 il qabaq 2016-cı ilin bu günündə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Qarabağda  Aprel döyüşləri başlayıb. Dördgünlük müharibə  atəşkəs dövründə baş vermiş ən şiddətli döyüşlər idi. Qısa döyüşlər ordumuzun qələbəsi ilə nəticələndi. Tərtər rayonun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboyun Gülüstan kəndi,Tərtər rayonun Qazaxlı  kəndi və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu. 

Bəs, 1 apreldə dünyada daha hansı hadisələr baş verib?

1. 1916-cı il aprelin 1-də türk xalqının cəsur sərkərdəsi Mustafa Kamal Atatürkə general rütbəsi verilib. Atatürkün komandanlıq etdiyi qoşunlar Türkiyənin azadlığı uğrunda aparılan bütün döyüşlərdə böyük rəşadət göstəriblər. 

2. 1 aprel 1921-ci ildə Türkiyənin Qurtuluş Savaşının mühüm qələbələrindən olan II İnönü zəfəri qazanılıb.

3. 1924-cü ilin 1 aprelində Türkiyə Nazirlər Kabinetində qərara alınıb ki, Topkapı Sarayı (İstanbul) mövcud əşyaları ilə birlikdə muzeyə çevrilsin.

4. 1928-ci ilin bu günündə İsveçrədə həllolunan qəhvənin təntənəli təqdimatı keçirilib. Məhz həmin təqdimatdan sonra bu içki dünyada məşhurlaşıb.

5. 1 aprel 1950-ci ildə BMT Qüdsün ikiyə bölünməsi planını qəbul edib.

6. 1 aprel 1970-ci ildə ABŞ-da televiziya və radioda tütün məhsullarının reklamını qadağan edilib.

7. 1979-cu ilin 1 aprel tarixində inqilab rəhbəri Xomeyni İranı İslam Respublikası elan etdi.

8. 1992-ci ilin bu günündə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında diplomatik əlaqələr qurulub. 

9. Aprel 2004-cü ildə “Google” şirkəti “Gmail” elektron poçt xidmətini yaratdığını elan edib.

10. 2012-ci ilin 1 aprelində “Lokomotiv Bakı” Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanıb.

11. Aprelin 1-i  həm də Beynəlxalq Gülüş Günüdür. Bu günün tarixi ilə bağlı bir neçə versiya var. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar, “Ağılsızların günü” adlanan bayramlar təşkil edilib. Həmin gün ölkənin hər yerində insanlar gülür və zarafatlaşırmışlar. Daha geniş yayılmış versiyalardan biri isə 1582-ci ildə Roma papası Qriqori tərəfindən hazırlanmış “Qriqori təqvimi” ilə əlaqədardır.

Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayır, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, bəzi insanlar yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük veriblər. Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilib. Həmin gün adamlar cəzasız qalmaqla, öz hökmdarlarını ələ sala, gündəlik davranış qaydalarını poza bilərdi. “Səfehlər kralı” və ya “Zarafatlar kralı” təyin edər, şənlənər, lətifələr söyləyərdilər. “Səfehlər günü”ndə maska geyinmək qayda idi. Çünki bu halda daha təhlükəsiz “xuliqanlıq etmək” mümkün olurdu.

1 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. 1578-ci ilin bu günündə tanınmış ingilis əsilli həkim, fizioloq, embrioloq Uilyam Harvey (1578-1657) anadan olub.

2. Almaniyanın görkəmli siyasi xadimi Otto fon Bismark  1815-ci ilin 1 aprelində  dünyaya gəlib. Məhz onun səyləri nəticəsində 19-cu əsrin 70-ci illərində qüdrətli alman dövləti təşəkkül tapıb. 

3. Bu gün Azərbaycanın opera artisti, Əhməd Ağdamski kimi tanınan Əhməd Bədəlbəylinin xatirə günüdür. 1884-cü ildə Azərbaycanın Qarabağ torpaqlarının mərkəzi Şuşada doğulan Əhməd kiçik yaşlarından xalq mərasim tamaşalarında iştirak edib.  37 yaşından (1921) ömrünün sonunadək pedoqoji fəaliyyətlə məşğul olan aktyor 70 yaşında dünyasını dəyişib. (1884-1954)

4. Azərbaycan SSR xalq artisti, aktyor İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.

5. Şair, dramaturq, tərcüməçi, ictimai xadim,  Sosialist Əməyi Qəhrəmanı, Xalq şairi Rəsul Rza 1 aprel 1980-ci ildə dünyasını dəyişib.

6. Bu gün yazıçı-publisist, Millət vəkili Aqil Abbasın 70 yaşı tamam olur. O 1953-cü ilin 1 aprelində doğulub.

7. Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazov 1967-ci ilin 1 aprelində anadan olub.

8. Azərbaycan polkovniki, Milli Qəhrəman Şükür Həmidov 1975-ci ilin bu günündə dünyaya göz açıb. 

9. Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalov 1997-ci ilin bu günündə doğulub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO