Bakıda evlərdən oğurluq edən şəxslər tutulub.
Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 31 evdən ümumi dəyəri 36.000 manatdan çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini Nizami Əliyev və Bakı şəhər sakini Mahir Talıbov saxlanılıblar.
Araşdırma aparılır.
Bizim.Media