Bakıdan bu istiqamətə də onlayn biletlər SATILACAQ

Bakıdan bu istiqamətə də onlayn biletlər SATILACAQ

Hazırda oxunan: Bakıdan bu istiqamətə də onlayn biletlər SATILACAQ

128175

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha 3 məntəqə əlavə edilib.

Bu barədə Bizim.Media-ya Nazirlikdən məlumat verilib.

Sərnişinlər artıq Bakıdan Tərtər, İsmayıllı və Kürdəmirə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara da onlayn bilet ala biləcəklər.

Sistemdə bu günə kimi Bakıdan Gəncə, Qazax, Gədəbəy, Bərdə, Ağcabədi, Mingəçevir, Göyçay, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Şabran, Quba, Qusar, Xudat, Astara, Lənkəran və Horadizə olmaqla, 20 marşrut üzrə avtobuslara bilet əldə etmək mümkün idi. Portala daxil edilən istiqamətlərin sayı 23-ə çatıb.

Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Artıq daşıyıcıların sayı 69-a, nəqliyyat vasitələrinin sayı isə 134-ə çatdırılıb.
Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir. Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dan yükləmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO