Şeyx Bakıda Kadırovun oğlu ilə görüşdü - FOTO 

Şeyx Bakıda Kadırovun oğlu ilə görüşdü - FOTO 

Hazırda oxunan: Şeyx Bakıda Kadırovun oğlu ilə görüşdü - FOTO 

128103

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan RF Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu, Çeçenistanın ilk prezidentinin adını daşıyan Əhməd Kadırovla görüşüb. 

Bu barədə Bizim.Media-ya QMİ-dən bildirilib. 

Mübarək Ramazan ayında atasının salamlarını QMİ sədrinə yetirən qonaq nəfis şəkildə hazırlanmış Qurani-Kərimi Şeyxülislama hədiyyə verib. 

A.Paşazadə çeçen xalqının lideri olmuş Əhməd Kadırovla bağlı xatirələrini bölüşüb, onun adını daşıyan nəvəsini bu yaxınlarda ailə qurması münasibətilə səmimi qəlbdən təbrik edib ən xoş arzularını ifadə edib, xatirə hədiyyəsi təqdim edib. 
Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksi iştirak ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO