Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs silahla YAXALANDI - FOTO 

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs silahla YAXALANDI - FOTO 

Hazırda oxunan: Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs silahla YAXALANDI - FOTO 

128091

Binəqədi rayonunda sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. 

Tədbir zamanı əvvəllər məhkum olunmuş Elşən Həsənzadə tutularaq istintaqa təqdim edilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd "Revolver" tipli tapança və 10 ədəd patron aşkar edilib. Elşən Həsənzadə odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 
Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO