Şəhid ailələri və müharibə əlilləri 1500 mənzillə təmin OLUNACAQ 

Şəhid ailələri və müharibə əlilləri 1500 mənzillə təmin OLUNACAQ 

Hazırda oxunan: Şəhid ailələri və müharibə əlilləri 1500 mənzillə təmin OLUNACAQ 

128087

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən növbəti kollegiya iclasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramının bu il də uğurla davam etdirildiyi vurğulanıb. 

Bu barədə Bizim.Media-ya ƏƏSMN-dən məlumat verilib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək tədbirlərinin həyata keçirildiyini, bu tədbirlərin əhatə dairəsinin yeni layihələrlə getdikcə genişlənməkdə olduğunu bildirib. 

Qeyd olunub ki, Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra həmin insanların mənzillə təminatı proqramı beş dəfə genişlənib. Onlara postmüharibə dövründə 4500, keçən il 1500, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib.

Prezidentin göstərişinə əsasən bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə azı 1500 mənzil və fərdi evin verilməsi təmin olunacaq. Yaxın günlərdə həmin mənzil və fərdi evlərin verilməsinə başlanılacaq. 

Nazirlik tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən 1662 mənzildən artıq bir hissəsi onları ilk bron etmiş şəxslərə satılıb. Hazırda portal üzərindən mənzillərin bron edilməsi və bron etmiş şəxslərə mənzillərin satışı davam edir. Bu satışdan əldə olunan vəsait də bölgələrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına sərf olunacaq. 

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən son bir ildə 6,6 minədək şəxsin səyyar formada sosial-məişət, 400 şəxsin sosial-hüquqi xidmətlərlə təmin edildiyi diqqətə çatdırılıb. 

Sosial xidmət müəssisələrində ötən il 3 mindən, bu il 2300-dən çox şəxsə, həmçinin qurumun layihələri üzrə 4 minə yaxın uşağa reabilitasiya yönümlü sosial xidmətlər, 120 ahıla günərzi xidmətlər göstərildiyi qeyd olunub. Həssas qruplar üçün keçən il və bu il daha 3 günərzi qayğı mərkəzinin açıldığı, qarşıdakı dövrdə günərzi qayğı mərkəzləri şəbəkəsinin daha da genişləndiriləcəyi vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO