Məscidlərdə sünni-şiə söhbəti edən din xadimlərinə xəbərdarlıq edilib - QMİ

Məscidlərdə sünni-şiə söhbəti edən din xadimlərinə xəbərdarlıq edilib - QMİ

Hazırda oxunan: Məscidlərdə sünni-şiə söhbəti edən din xadimlərinə xəbərdarlıq edilib - QMİ

128074

"Mütəmadi şəkildə din xadimlərinə xüsusi olaraq tapşırılıb ki, əgər bir məsciddə işləyən ruhani sünni-şiə söhbəti ortaya atsa, heç vaxt onları öz sıralarımızda görməyəcəyik". 

Bizim.Media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusunda keçirilən iclasda deyib. 

QMİ sədrinin müavini bildirib ki, bu məsələdə dövlət də onlara dəstək olur. 

“Dövlət istər məscidlərin inşası, istərsə də bərpası işində daim öz dəstəyini göstərir. Bu gün də xaricdə dini təhsil alan vətəndaşlarımız var. Əgər bünövrə sağlam qorunsa, nəticəsi də yaxşı olar. Biz bu gün dövlət-din münasibətlərində sağlam vəhdəti qoruya bilsək, sağlam əqidəmiz olar. QMİ hər zaman məzhəblərin vəhdətlərinə xüsusi önəm verir”, - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO