TƏBİB-dən koronavirusun yeni ştammı ilə bağlı VACİB AÇIQLAMA

TƏBİB-dən koronavirusun yeni ştammı ilə bağlı VACİB AÇIQLAMA

Hazırda oxunan: TƏBİB-dən koronavirusun yeni ştammı ilə bağlı VACİB AÇIQLAMA

128048
Koronavirusun yeni ştammının aşkarlanması virus genomununun analizi - sekvenləşdirilməsi ilə müəyyənləşdirilir. 

Sfera.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetika mütəxəssisi Ağa Rza Ağayevin sözlərinə görə, "Sars COV-2” virusunun genomu bütünlükdə oxunaraq hər nümunə üçün qeyd edilən dəyişikliklər araşdırılır və təsiri öyrənilir: "Bu analizlər yüksək genetik məlumatın əldə olunmasına imkan verən (High throughpout) yeni nəsil sekvenləşdirmə cihazları ilə genetik tədqiqat mərkəzlərində icra olunur. Araşdırmaların xaricdə tətbiq olunan metodlara əsaslanaraq icra olunması planlanmaqdadır. Mövcud ədəbiyyata əsasən, ölkə xaricində də bu araşdırmaların eyni metodlarla icra olunduğu məlumdur”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, koronavirusun (COVID-19) Britaniya, Cənubi Afrika Respublikası və Yaponiyada mutasiya olunmuş növləri aşkarlanıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO