Laçın yoluna yeni könüllülər gəldi

Laçın yoluna yeni könüllülər gəldi

Hazırda oxunan: Laçın yoluna yeni könüllülər gəldi

128043

Xankəndi-Laçın yolunda təşkil olunan dinc ekoaksiya artıq 109 gündür davam edir.

Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə aksiya iştirakçılarına dəstək vermək üçün yeni könüllü qrupları Laçın-Xankəndi yoluna gəliblər.
 

MÖVZU İLƏ BAĞLI:

109-cu gün: Avtomobillər aksiya ərazisindən sərbəst hərəkət edir


Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.

Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO