Qubada polisin olduğu qəzada yaralanan qadın 20 gün sonra ÖLDÜ 

Qubada polisin olduğu qəzada yaralanan qadın 20 gün sonra ÖLDÜ 

Hazırda oxunan: Qubada polisin olduğu qəzada yaralanan qadın 20 gün sonra ÖLDÜ 

128010

Bir neçə gün əvvəl Quba rayonunda baş vermiş ağır yol qəzasında xəsarət alan qadın vəfat edib. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov açıqlamasında bildirib.

O qeyd edib ki, martın 9-da  Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib: 

“"Mersedes" markalı avtomobilin sürücüsü  idarəetməni itirərək  polis serjantının idarə etdiyi "Hunday" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində "Mersedes" markalı avtomobildə olan qadın sərnişinin çanaq sümüyü çatlayıb. O, xəstəxanaya çatdırılıb və müalicəsi davam etdirilib. Lakin martın 29-da o, müalicə aldığı xəstəxanada ürək tutmasından vəfat edib. Faktla bağlı araşdırmalar davam etdirilir."

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO