Xəbər verdiyimiz kimi, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov Xalq artisti Ramiz Məlikin səhhətində problem yarandığını bildirib.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Ramiz Məliklə əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Ramiz Məlikin səhhəti pisləşib - FOTO
Sənətkar hazırda “Bona Dea Hospital"ında müalicə aldığını açıqlayıb:
"Mədə-bağırsağımda problem yaranıb. Analizlərimi vermişəm, onların cavabını gözləyirəm. Həkim nəzarətindəyəm. Bir azdan mədəmdə olan artıq suyu “şpris” vasitəsi ilə xaric edəcəklər. Səhhətim normaldır”.
Rəşad Əliyev, Bizim.Media