“Fazil bəyə qarşı kifayət qədər təhdidlər olmuşdu. Ölkə daxilində olan müəyyən qruplar, fərdlərin kimlərin əlində oyuncaq olduğunu bilirik".
Bizim.Media "Xəzər Xəbər TV" Telegram kanalına istinadən xəbər verir ki, bu fikirləri sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın köməkçisi Əjdər Əliyev səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Fazil Mustafanın son durumu AÇIQLANDI
Onun sözlərinə görə, bu dəqiqə təcavüzkar planları ilə Azərbaycanı təhdid edən təbii ki, İrandır:
"İran tərəfdən “Fazil Mustafa ölməlidi, güllələnməlidi” kimi təhdidlər alırdıq. Bu hadisə sifarişli və hazırlanmış hadisədir”.
Bizim.Media