1988-1992-ci illərdə 250 mindən artıq qərbi azərbaycanlı DEPORTASİYA OLUNUB

1988-1992-ci illərdə 250 mindən artıq qərbi azərbaycanlı DEPORTASİYA OLUNUB

Hazırda oxunan: 1988-1992-ci illərdə 250 mindən artıq qərbi azərbaycanlı DEPORTASİYA OLUNUB

128005

Erməni silahlı dəstələri tərəfindən 1918-ci ilin mart ayınadək İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 – ümumilikdə 198 kənd dağıdılıb. Həmin qəzalarda təqribən 135 min azərbaycanlı soyqırıma və məcburi deportasiyaya məruz qoyulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında cinayət işinin başlanması barədə yaydığı məlumatda deyilir. 

Qeyd olunub ki, eyni cinayətkar məqsədlə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün edilib, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub. 

Bundan başqa, 1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam etdirilib. Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri tərəfindən Qərbi Azərbaycanın 185 yaşayış məntəqəsindən 250 mindən artıq azərbaycanlı öz doğma torpaqlarından, ev-eşiyindən zorla qovulmaqla deportasiyaya və təqibə, 216 azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qəsdən öldürülməklə soyqırıma məruz qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO