Göyçayda ağır QƏZA: Yaralananlar var 

Göyçayda ağır QƏZA: Yaralananlar var 

Hazırda oxunan: Göyçayda ağır QƏZA: Yaralananlar var 

127999

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Ərəbcəbirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürücü Vüqar Ağayevin idarə etdiyi "BMW" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü Vüqar Ağayev və sərnişinlər-Məhəmməd Məmmədov, İsa Babayev, Səma Cabbarova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov əməkdaşımıza faktı təsdiqləyib. Həmçinin məsələ ilə bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparıldığı bildirilib.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO