Rayonlarda güclü külək əsir - Faktiki HAVA 

Rayonlarda güclü külək əsir - Faktiki HAVA 

Hazırda oxunan: Rayonlarda güclü külək əsir - Faktiki HAVA 

127991

"Ölkənin bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunur". 

Bunu Bizim.Media-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova faktiki hava şəraiti barədə danışarkən deyib. 

O bildirib ki, küləyin maksimal sürəti bəzi bölgələrdə 25-32 m/s-ə çatıb: "Saat 10.00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15 m/s-dir.

Yaxın saatlarda isə küləyin maksimal sürətinin 18-23, arabir 25-30 m/s-ə çatacağı gözlənilir.

Güclü küləkli hava şəraitinin daha iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Küləyin maksimal sürəti 32-35, bəzi ərazilərdə arabir 38 m/s-ə çatacağı ehtimalı var. Aprelin 1-i gündüz saatlarından küləyin sürəti tədricən mülayimləşəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO