Naxçıvan Hərbi Prokurorluğu yenidən təşkil OLUNACAQ

Naxçıvan Hərbi Prokurorluğu yenidən təşkil OLUNACAQ

Hazırda oxunan: Naxçıvan Hərbi Prokurorluğu yenidən təşkil OLUNACAQ

127987

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. 

Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru isə prokurorluqda vəzifələrin təsnifatından çıxarılır. 

"Prokurorluq haqqında" qanuna təklif olunan dəyişikliyə görə isə, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu Azərbaycan Respublikasının Prokurorluğu sistemindən də çıxarılır. 

Qeyd edilib ki, qanun layihəsi Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenilən təşkil olunması ilə əlaqədar hazırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO