“Fazil müəllim bu gün daha yaxşıdır. Artıq hər şey geridə qaldı, günbəgün vəziyyəti daha da yaxşı olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Fazil Mustafa: "İrandan şübhələnirəm" - VİDEO
O bildirib ki, qardaşının müalicəsi həkimlərin nəzarətində davam edir:
“Həkimlər onun vəziyyətinin günbəgün daha da yaxşı olduğunu deyirlər. Artıq reabilitasiya prosesi gedir. Ona sakitlik lazımdır. Şükür olsun ki, həyati təhlükəsi yoxdur. Həkimlərin dediklərinə görə, növbəti əməliyyatlara ehtiyac olmayacaq”.
Bizim.Media