AQTA ölkəyə idxal olunan bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı sahibkarlara xəbərdarlıq edib.
Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini çərçivəsində 2023-cü ilin müvafiq dövrü ərzində idxal olunan bitkiçilik məhsullarında aşkar olunmuş uyğunsuzluqlarla bağlı agentlik tərəfindən idxalçı ölkələrə rəsmi qaydada 236 bildiriş göndərilib.
Aşkar olunmuş uyğunsuzluqlardan 130-u İran İslam Respublikası, 45-i Belarus Respublikası, 44-ü Rusiya Federasiyası, 10-u Türkiyə Respublikası, 2-si Gürcüstan Respublikası, 2-si Ukrayna Respublikası, 1-i İspaniya Krallığı, 1-i Niderland Krallığı, 1-i isə Pakistan İslam Respublikasının payına düşür.
Mövcud vəziyyətlə əlaqədar AQTA tərəfindən ölkəmizə idxal olunan bitkiçilik məhsulları üzərində nəzarət tədbirləri daha da gücləndirilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilməkdədir.
Bildirilib ki, son vaxtlar Belarus Respublikasından ölkəmizə idxal olunan ərzaqlıq kartof məhsullarından təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında 45 halda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavarı çürümə və kartof gövdə nematodu aşkar edilib.
Bu barədə Belarus Respublikasının müvafiq qurumlarına rəsmi qaydada bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi bildirilib.
Həmçinin, İran İslam Respublikasından idxal edilən portağal, kivi, sarımsaq, ərzaqlıq kartof, naringi, bibər məhsulu partiyalarında ümumilikdə 130 halda (onlardan 62-si təkcə portağal məhsulunda) karantin tətbiq edilən zərərli orqanizmlər - sitrus tristeza virusu, qonur qırışıqlıq virusu, tut qalxanlı yastıcası, gövdə nematodu, kartofun qonur çürüməsi, kartofun halqavari çürüməsi virusları aşkarlanıb.
Aşkar olunmuş uyğunsuzluqlarla bağlı İran İslam Respublikasına rəsmi qaydada bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumatların verilməsi bildirilib.
Agentlik bitkiçilik məhsullarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, bu sahədə ölkəmizin idxal tələblərini və beynəlxalq ticarət tələblərini nəzərə alaraq fəaliyyətlərini həyata keçirməlidirlər.
AQTA bəyan edir ki, karantin tətbiq edilən zərərvericilərlə sirayətlənmiş məhsulların idxalını təkrar həyata keçirən şirkətlər və həmin şirkətləri bu məhsullarla təmin edən xarici şirkətlərin bu kimi fəaliyyətləri ölkəmizdə bitki sağlamlığının təmin olunması üçün ciddi təhlükə yaradır.
Agentlik ölkəmizə karantin tətbiq edilən zərərvericilərlə sirayətlənmiş bitkiçilik məhsullarının idxalını təkrar-təkrar həyata keçirən şirkətlər və həmin şirkətləri bu məhsullarla təmin edən xarici şirkətlərə xəbərdarlıq edərək bildirir ki, bu kimi hallar təkrarən aşkar olunduğu təqdirdə həmin ölkələrdən bu məhsulların idxalına məhdudiyyət tətbiq ediləcək və qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görüləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:54 / 29.03.2023
AQTA vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: AQTA vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: AQTA vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
127901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.