Göyçayda 4 avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO 

Göyçayda 4 avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO 

Hazırda oxunan: Göyçayda 4 avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO 

127894

Göyçay şəhərində ağır yol-nəqliyyat hadisəsi olub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Göyçay şəhərinin Heydər Əliyev prospektində "VAZ 2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.  

Zərbənin təsirindən hər iki avtomobil yol kənarında dayanmış "Hyundai" və "VAZ 2104" markalı avtomobillərə çırpılıb. Hadisə zamanı rayon sakini, 2002-ci il təvəllüdlü Bəkirov Anar Əlikram oğlu və adları hələlik məlum olmayan daha iki nəfər xəsarət alıblar. 
Yaralılar dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.  

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  


Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO