Bakı məktəbindəki insidentdə direktor müavininin xəsarət alması ilə bağlı ÖZƏL AÇIQLAMA 

Bakı məktəbindəki insidentdə direktor müavininin xəsarət alması ilə bağlı ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: Bakı məktəbindəki insidentdə direktor müavininin xəsarət alması ilə bağlı ÖZƏL AÇIQLAMA 

127874

Martın 10-da Yasamal rayonu 158 nömrəli orta məktəbdə Azərbaycan və rus bölümündə təhsil alan şagirdlər arasında insident yaşandığını xəbər vermişdik.  İddialara görə olayın baş verdiyi gün Elm və Təhsil Nazirliyinin nümayəndlərindən ibarət komissiya da məktəbdə olub. İnsident zamanı şagirdlərdən birinin əlində bıçaq olduğu və mübahisəni  sakitləşdirmək üçün araya girən direktorun təlim-tərbiyə işləri üzrə müavini Nəzakət Cəfərovanın üz nahiyyəsindən ciddi xəsarətlər aldığı bildirilmişdi. 

İddialara görə olaydan sonra Nəzakət Cəfərova həmkarlarına ona xəsarət yetirən şagirdləri bağışlamayacağını və şikayətçi olacağını da bildirib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 158 nömrəli tam orta məktəbdə X sinif şagirdi ilə XI sinif şagirdi (müvafiq səbəblərdən şagirdlərin adı qeyd olunmur) arasında baş vermiş mübahisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı məktəbində İNSİDENT – Araya girən direktor müavini XƏSARƏT aldı


“Araşdırma zamanı məlum olub ki, şagirdlər məktəbin I mərtəbəsində toqquşduqları üçün aralarında mübahisə yaranıb. Bu zaman tərəfləri sakitləşdirməyə çalışan uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı xəsarət alıb. Məktəb rəhbərliyi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam edir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO