"2022-ci ildə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikatlaşdırılmasına başlanılıb. Sertifikasiyaya dəvət olunan 97 faiz müəllim iştirak edib. Bu, 11202 müəllim deməkdir".
Bizim.Media xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən media brifinqdə deyib.
Onun sözlərinə görə, müəllimlərin 22 faizi sertifikasiya imtahanında uğur qazanmayıb və onların təkrar sertifikasiyaya iştirakına şans veriləcək.
Alçina Amilqızı, Bizim.Media