Elektrik, qaz və suya qanunsuz qoşulmaya görə cinayət məsuliyyəti BƏLLİ OLDU

Hazırda oxunan: Elektrik, qaz və suya qanunsuz qoşulmaya görə cinayət məsuliyyəti BƏLLİ OLDU

127778

Elektrik, qaz və suya qanunsuz qoşulmaya dair cinayət məsuliyyəti müəyyənləşir.

Bizim.Media xəbər verir ki, komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etmədən (eləcə də tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan) tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə (bu qanunla qazpaylayıcı şəbəkəyə) qoşulması qadağan edilir.
Həmin tələblərin pozulmasına görə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO