KOMİTƏ: Bəzi rayonlarda 7-14 yaş arası uşaqlar dilənçiliyə məcbur edilir - FOTO

Hazırda oxunan: KOMİTƏ: Bəzi rayonlarda 7-14 yaş arası uşaqlar dilənçiliyə məcbur edilir - FOTO

127769

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən regionlarda insan alverinə qarşı 500-dən çox şəxs arasında sorğu keçiilib. Sorğunun nəticələrinə əsasən bəzi rayonlarda 7-14 yaş arası uşaqlar dilənçiliyə məcbur edilir. 

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları" adlı təlimdə qeyd edib. 

Onun sözlərinə görə, ən ciddi problem məişət zorakılığıdır və bütün problemlərin kökündə ailə münasibətləri dayanır:

"İllər artdıqca ailə problemləri daha da dərinləşir Ailələrdə milli mənəvi dəyərlər pozulur. Bu məsələlərdə isə medianın rolu çox vacibdir. İlk növbədə problemin mahiyyətini dərk etmək və ona uyğun istiqamətdə fəaliyyət göstərmək lazımdır".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO