Göyçay sakini dayısı oğlunu bıçaqladı  

Hazırda oxunan: Göyçay sakini dayısı oğlunu bıçaqladı  

127732

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Hacalıkənd kənd sakini, 1999-cu il təvəllüdlü Nemətov Elnur Xəyyam oğlu şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı dayısı oğlu Əhmədli Kənan Kamran oğlunu bıçaqlayıb.  

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən Elnur Nemətov polis əməkdaşları tərəfindən saxlanılıb.  
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO