"Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və layiqli cəzasını alacaq”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Deputat Fazil Mustafa güllələnib
Q. Həsənquliyev qeyd edib ki, millət vəkilinə atəş açılması ağır hadisədir:
“Görünür, Azərbaycanın ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu yolla nə millət vəkilini, nə dövlət adamını, nə də jurnalisti qorxutmaq olmaz. Bu, iyrənc bir terror aktıdır".
Bizim.Media